23 İyul 2018 11:09
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan mütəşəkkil dəstənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, Nicat Muradov, İlkin Kərimov və Sahil Əzizovun barəsində toplanmış cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 27-nə təyin edilib.

İttihama görə, bu ilin martın 28-də, saat 23 radələrində Nərimanov rayonu ərazisində bir qrup şəxs arasında kütləvi dava olub.

Dava zamanı Bakı şəhər sakini Vasif Məhəmmədov bıçaqlanıb. Yaralı kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 4 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini Əli Muradov, Saatlı rayon sakini Sahil Əzizov, Cəlilabad rayon sakinləri Nicat Muradov və İlkin Kərimov olduqları müəyyən edilib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər