1 Avqust 2018 10:47
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaq­malçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması, həmçinin sərhədyanı ərazilərdə yabanı şəkildə bitən narkotik xassəli bitkilərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.

Teleqraf.com xəbər verir ki, iyulun 29-da sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikası ərazisindən qaçaqmal yolu ilə 3 bağlamadan ibarət 6 qutuda 10 milli­qramlıq flakonlarda 2000 ədəd psixotrop tərkibli “Mydrax” dərman preparatlarının dövlət sərhədini pozmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bundan başqa, 28-31 iyul tarixlərində Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər nəticəsində Balakən rayonunun Gərəkli, Salban, Zaqatala rayonunun Maçex, Aşağı Tala, Danaçı, Muxax, Axaqdərə, Qax rayonunun Əlibəyli kənd ərazilərindəki meşə massivlərində 13 796 ədəd ümumi çəkisi 9 ton 300 kq olan yabanı şəkildə bitmiş çətənə kolları aşkar olunub və müvafiq qaydada aktlaşdırılaraq məhv edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər