Bakının Nəsimi rayonu ərazisində yaşayış evinə basqın edilib.
Teleqraf.com xəbər ki, evlərdən birinə girən naməlum şəxs ev sahibəsinə zor tətbiq edib, onun mobil telefonunu aparıb.
Ev sahibi baş verən quldurluq cinayəti ilə bağlı 22-ci polis şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini İvər Ələkbərov saxlanılıb.
Müəyyən edilib ki, İvər Ələkbərov əvvəllər məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.