Bakının Xətai rayonunda ötən il baş verən oğurluq hadisəsinin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Nurəddin Qarayev saxlanılıb.
O, ötən ilin oktyabrında rayon ərazisində “Toyota” markalı avtomobildən 570 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinib.
Faktla bağlı cinayət işi başlanıb.