2 Oktyabr 2018 13:27
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda quldurluq etməkdə təqsirli bilinən Ceyhun Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Ceyhun Muradov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ceyhun Muradov ötən ilin martın 11-də Abşeron rayonunda taksi sürücüsü Əlvan Kərimovu bıçaqla hədələyib, ondan 80 manat alıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər