Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı Muraz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Muraz Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Bakı şəhərinin mərkəzində yerləşən "Leo disko" gecə klubunda baş verib. Klubda əylənən Muraz Məmmədov həmin məkanda olan Hüseyn Hüseynovla mübahisə edib.
Mübahisə nəticəsində Muraz Məmmədov Hüseyn Hüseynova güc tədbiq edib. Tərəfləri ətrafdakılar sakitləşdirilib.
Daha sonra başqa bir məkanda Muraz Məmmədov yenidən Hüseyn Hüseynovu üz-üzə gəlib. O, Hüseyn Hüseynovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Xatırladaq ki, Muraz Məmmədov "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı olub. 2017-ci il iyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb.
Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb.
Xuliqanlıqda təqsirləndirilən Muraz Məmmədov Binəqədi Rayon Məhkəməsinin hökmü ilə şərti cəza alıb.