23 Avqust 2014 09:41
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanacaq daşıyan maşın aşıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Yasamal rayonunda "Mercedes" markalı yük avtomobilinə qoşulmuş tutumu 40 ton olan yanacaq çəninin qəzaya uğraması nəticəsində maşın yolun kənarına aşıb.

Yanğın nəticəsində yük avtomobilinin yanar hissəsləri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb.

Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: