Rusiyanın Başqırdıstan respublikasının paytaxtı Ufada 23 yaşlı xanım polisə təcavüz edən zabitlər məhkəmənin qərarından apellyasiya şikayəti veriblər.
Teleqraf.com xəbər verir ki, zabitlər barələrindəki həbs qətiimkan tədbrinin dəyişdirilməsini tələb ediblər.
Qeyd edək ki, oktyabrın 30-da Ufa rayonunun polis rəisi Eduard Matveyev, Karmaskalin rayonu polis rəisi Salavat Qaliyev və Ufa rayonu polis idarəsinin miqrasiya şöbəsinin rəisi Pavel Yaromçuq qadın polis əməkdaşına təcavüz ediblər.
Hadisə miqrasiya şöbəsinin binasında baş verib. Zərəçəkən polis əməkdaşı Başqırdıstan DİN-nin strukturlarından birinin rəisinin qızıdır.
Fakt üzrə cinayət işi açılıb, hər üç polis zabiti həbs edilib.