Abşeron rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində naməlum şəxs Azər Kərimovu bıçaqla hədələyərək pul, 2 ədəd mobil telefon və yaddaş kartını alıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Ramin Hüseynzadə və Digah qəsəbə sakini Rəsul Məmmədov saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanıb.