Mingəçevir şəhər polis şöbəsinin dövlət yol bolisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində idarə etdikləri avtomobillərlə avtoxuliqanlıq hərəkətləri edən Zaur İsmayılzadə və Müslüm Hüseynov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, noyabrın 16-da gecə saatlarında onlar idarə etdikləri 10 DP 123 və 10 GB 123 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobillərə mərkəzi küçələrdə davamlı olaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ediblər.
Yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq ediblər.
Digər hərəkət iştirakçılarının da həyatına ciddi təhlükə yaradan sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıb, barələrində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilib.