22 Noyabr 2018 16:34
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qaynını öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əliövsət Abasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 29-na təyin edilib.

İttihama görə, Eldar Məmmədov qayını Mərkəz Quliyevi qətlə yetirib. Məlum olub ki, Mərkəz Quliyev işləmək üçün Rusiyaya gedib. Daha sonra Bakıda yeznəsi Eldar Məmmədovun adına özü üçün mənzil alıb.

Mərkəz Quliyev hadisədən bir müddət əvvəl Rusiyadan Bakıya qayıdıb. Eldar Məmmədovdan evi onun adına keçirməsini istəyib. Lakin onların arasında mübahisə düşüb, iş məhkəməyə qədər gedib çıxıb.

Məhkəmə binasına yaxınlaşanda Eldar Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan Mərkəz Quliyevin başına zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. Daha sonra Eldar Məmmədov yerdə uzanıqlı vəziyyətdə olan Mərkəz Quliyevə daha 9 zərbə endirib.

Bundan sonra yaxındakı adamların köməkliyi ilə Mərkəz Quliyev xəstəxanaya yerləşdirilib. Lakin o, bir neçə gün sonra vəfat edib.

Qeyd edək ki, bu il mayın 13-də qətlə yetirilmiş Mərkəz Quliyevin 17 yaşlı oğlu Pənah Quliyev qəbul imtahanından çıxandan sonra gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər