14 Fevral 2019 17:52
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə hadisələrindən sonra barəsində cinayət işi başlanan Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Nurəddin İsmayılov özünü təqsirli bilməyib.

Qeyd edib ki, rəhbəri olduğu saytda yayımlanan informasiyaların heç birində dövlətə qarşı çağırış olmayıb.

Növbəti proses fevralın 18-də davam edəcək.

Nurəddin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham elan edilib.

Nurəddin İsmayılov vəzifə səlahiyyərlərini aşıb, vəzifə vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə yönələn açıq çağırışlar edib.

Nurəddin İsmayılov Qarabağ müharibəsi veteranı, “Bozqurd” batalyonunun keçmiş komandiri olub.

Qeyd edək ki, bundan əvvəl iki saytın da baş redaktorunun işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bunlar Criminalaz.com saytının baş redaktoru Anar Məmmədov və Basta.info saytının baş redaktoru Mustafa Hacıbəylidir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər