20 Fevral 2019 12:47
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kirayədə yaşayan şəxsi bıçaqlamaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Mətləb Zalov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Mətləb Zalov saxlanılıb.

Məlum olub ki, Mətləb Zalovun bıçaqladığı şəxs qeyri-rəsmi yaşadığı qadının qardaşıdır.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər