26 Fevral 2019 11:50
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluq və rüşvət vermədə təqsirləndirilən Tabil Paşayev və Arifə Hacıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, hər iki şəxs barəsində toplanan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu il yanvar ayında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə axtarışda olan 1951-ci il təvəllüdlü Tabil Paşayev saxlanılıb.

Tabil Paşayev barəsində Nərimanov rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib.

Məlum olub ki, Tabil Paşayev Xəzər rayon Qala qəsəbəsində gizlənib və o, tutularaq istintaqa təhvil verilib.

Onunla eyni ittiham üzrə təqsirləndirilən Arifə Hacıyeva isə paytaxtda əvvəllər universitet müəlliməsi olub.

Daha əvvəl dələduzluq etdiyi üçün barəsində axtarış qərarı çıxarılıb, sonra polis əməkdaşları tərəfindən saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər