Samux rayonunun Karayeri qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, qəsəbə sakini 1964-cü il təvəllüdlü Dilbər Məhərrəmova yaşadığı evdə həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib, əməliyyat olunub, vəziyyəti orta ağırdır.
Qadının yaxınlarının bildirdiyinə görə, Dilbərlə əri arasında mübahisə yaşanıb. Nəticədə həyat yoldaşı qadına bir neçə dəfə bıçaqla zərbə endirib.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.