1 Aprel 2019 13:02
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 9 dəfə məhkum olunan şəxs dəhşətli həyat hekayəsini danışıb.

Teleqraf.com ARB TV-yə istindala xəbər verir ki, ömrünün yarısından çoxunu həbsxanada keçirən Füzuli Əliyev sonuncu dəfə 13 il müddətinə azadlıqdan məhrum edilib.

35 il həbsxana həyatı yaşadığını söyləyən Füzuli Əliyevin sözlərinə görə, ilk dəfə 1982-ci ilin aprelin 19-da tutulub:

"Mənə 1 il iş verdilər. Çıxandan sonra iki nəfəri vurdum. Birincini heç nədən vurub öldürdüm, 2 uşağı yetim qaldı. O hərəkətimə görə özümə nifrət edirəm. Bunu mən etmədim, araq etdi. 12 il iş verdilər. İkincini isə bilərəkdən vurdum, mənə şillə vurmuşdu. Mən də onu vurdum, həmin şəxs ölməyib, yaşayır".

Məhkum daha sonra həyatın gözəl olmasından danışıb:

"Həyat çox gözəldir, yaşamaq lazımdır. Amma, burada gecdir, artıq qatar gedib. İnsanın ruhu azad olmalıdır. Harada olursan ol, əziyyət çəkən ruhdur. Atam bütün varlığını bizə verdi, amma nə olsun? 5 qardaşıq, çöldə bir-birimizi görməmişik. Üçüncü dəfə tutulanda anam məhkəmədə dedi ki, bu qardaşlar qazamat adamlarıdır. Sonuncu dəfə çıxdım, saat yarım qalmadım, içkiyə görə yenidən içəri girdim. İçəndə bərk içirəm, özümü bilmirəm. Bu doqquzuncu məhkumluğumdur, yeddisi marixuanaya görə olub. Ümumi 35 ildir. Birinci tutulmadan sonra ailəm dağıldı. Səhv bir dəfə, iki dəfə olar, daha doqquz dəfə olmaz axı”.


Müəllif: Cabbar

Oxşar xəbərlər