Moskvanın Zamoskboretsk rayon məhkəməsi 2 milyon rublu mənimsədiyinə görə saxlanılan “Afo” ləqəbli azərbaycanlı “vor zakon” Fuad Rzayev barəsində hökm oxuyub.
Bu barədə “Moskva” agentliyinə Rzayevin vəkili Müslim Camalutdinov məlumat verib.
Onun sözlərinə görə, F. Rzayev haqqındakı ittihamları qəbul edib və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fuad Rzayev 14 fevral 2018-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Dolqoprudnıy şəhərində saxlanılıb. İstintaq zamanı onun hazırda Dubayda gizlənən “Lotu Quli”nin emissarı olaraq iş adamlarından hədə-qorxu ilə hər ay ümumilikdə 2 milyon rubl aldığı məlum olub./“Qafqazinfo”/