3 Aprel 2019 15:32
1 845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda əmisi qızı Gülnar Həşimovanı xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 26 yaşlı İlkin Çiqqarovun ibtidai istintaqı başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Bilal Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 12-nə təyin edilib.

İttihama görə, Ucar rayon polis şöbəsinə ötən il dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb. Ekspertiza rəyinə görə, Gülnar Həsimovanın boyun-boğaz və sol qolunda bıçaqla yetirilmiş ağır xəsarətlər aşkar olunub.

Polis və prokurorluq orqanlarının istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən qadının əmisi oğlu İlkin Çıqqarov saxlanılıb. Məlum olub ki, İlkin hadisədən əvvəl əmisi qızı ilə intim əlaqədə olub, daha sonra onu öldürüb.

İstintaqa ifadə verən təqsirləndirilən şəxsin sözlərinə görə, hadisəni törədən zaman sərxoş olub, qətldən əvvəl Gülnar Həşimovaya təcavüz edib və sonra ona 22 bıçaq zərbəsi vuraraq öldürüb.

Yayılan başqa bir məlumata görə, İlkin Çiqqarov qətlə yetirdiyi əmisi qızının başqa-başqa kişilərlə pul müqabilində görüşünü təşkil edib. Onların arasında mübahisənin pul üstündə yarandığı iddia olunub.

İstintaq orqanı tərəfindən İlkin Çiqqarovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər