Bakıda yaşayış evinə silahlı basqın etməkdə təqsirli bilinən Bəkir Rüstəmbəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Bəkir Rüstəmbəyov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakı şəhər sakini Bəkir Rüstəmbəyov tanışı Çingiz Qaçayın paytaxtın Yasamal rayonu, Ə. Ələkbərov küçəsiindəki evinə gələrək onun əmlakını ələ keçirmək istəyib.
Bu məqsədlə özü ilə gətirdiyi çəkiclə Çingiz Qaçayın və evdə xadimə işləyən Mətanət Hüseynovanın təpə nahiyəsinə zərbələr endirib və xadiməni boğaraq hər iki şəxsin sağlamlığına təhlükə yaradıb.
İstintaq orqanı tərəfindən Bəkir Rüstəmbəyovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.