“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təmir işlərinin aparıldığı Zabrat stansiyasının ərazisindən 5 metr hündürlükdən gedən mis tərkibli naqillərin oğurlanmasının qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, ərazidə olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları naqilləri kəsərək oğurlamağa cəhd göstərən paytaxt sakinləri əvvəllər məhkum olunmuşlar Ələsgər Novruzov və Famil Qədirov saxlanılıblar.
Onların üzərlərinə baxış keçirilən zaman naqilləri kəsmək üçün istifadə etdikləri alətlərdə maddi sübut kimi aşkar edilərək götürülüb.
Qeyd olunan faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.
Gördüyünüz bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə, eləcə də Sabunçu Xətt Polis Şöbəsinə müraciət edə bilərlər.