Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Zərgər Palan küçəsində 1995-ci il təvəllüdlü Əbülqasım Nəzərov naməlum şəraitdə bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Hadisənin kimin tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.