22 May 2019 16:20
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, mayın 21-də daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon Yuxarı Qarxun kənd sakini Elməddin Uğuruyevin Duzdağ kəndində yerləşən açıq sahədə aqrotexniki qaydada yetişdirdiyi 10-12 santimetr uzunluqda 19 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilib.

Götürülmüş çətənə kolları maddi sübut kimi ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər