Türkiyənin Kütahya vilayətində sosial şəbəkə vasitəsilə oğlunun sinif yoldaşına seksual xarakterli mesajlar yazan 42 yaşlı kişi həbs edilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə ərindən boşanan qadın 15 yaşlı oğlu məktəbə getmədiyi üçün telefonu onun əlindən alıb. Oğlunun telefonunu incələyən ana yaşlı kişinin iyrənc mesajlarına rast gəlib və dərhal polisə üz tutub.
Polis mesajın müəllifi olan iki uşaq atası T.B-nı həbs edib.
Məlum olub ki, təcavüzkarın seksual xarakterli video, foto və yazılı mesajlar göndərdiyi yeniyetmə onun oğlu ilə eyni sinifdə oxuyur.