7 İyun 2019 16:18
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda vərəm dispanserində xəstə yoldaşını bıçaqlamaqda təqsirləndirilən Eltəkin Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Eltəkin Zeynalov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən ilin dekabrında paytraxtın Xəzər rayonu, Mərdəkən qəsəbəsində yerləşən 9 saylı Ağciyər və vərəm Dispanserində baş verib.

Orada müalicə alan Eltəkin Zeynalov dispanserin ikinci mərtəbəsində aralarında yaranan şəxsi münasibətlər zəminində digər xəstə Rafiq Eyvazovu bıçaqlayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər