21 İyun 2019 12:18
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 15-də MMC-lərdən birinə məxsus 3 avtomobildən ümumi dəyəri 650 manat olan ehtiyyat hissələrinin oğurlanması ilə bağlı Kürdəmir rayon polis şöbəsinə ərizə ilə müraciət daxil olub.

Teleqraf.com xəbər verir ki, məlumatla əlaqədar Kürdəmir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qismət Süleymanov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib və oğurlanan ehtiyyat hissələri maddi sübut kimi götürülüb.

Ətraflarında aparılan araşdırmalar nəticəsində Q.Süleymanovun digər cinayətlərdə də əli olduğu aşkarlanıb.

Belə ki, saxlanılan şəxs müxtəlif vaxtlarda 3 ədəd kanalizasiya borusunu və vətəndaşa məxsus yük avtombilindən ehtiyyat hissələrini oğurladığı məlum olub.

Faktlarla bağlı Kürdəmir rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər