Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda zibil qutusundan yeni doğulmuş uşaq meyiti tapılıb.
Teleqraf.com xəbər verir ki, səhər saatlarında aşkar edilən körpə meyiti zibil qutusuna atılan torbalardan birinin içində olub. Bələdiyyə işçiləri zibil qutularını təmizləyərkən cəsədi aşkarlayıblar.
Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.