Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçiridkləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan alışqanı ilə birlikdə “F-1” qumbarası aşkar edilərək götürülüb.
Polis bölməsində aparılmış araşdırmalarla onun Sumqayıt şəhərininH.Z.Tağıyev qəsəbə sakini, əvvəllər oğurluq, narkotiklərlə əlaqəli və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş Ağakərim Məmmədov olduğu müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.