11 Sentyabr 2014 10:52
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daşkəsən rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, rayon sakini Samirə Alıyevanın evindən oğurluq edilib. Samirə Alıyeva polis şöbəsində yazdığı şikayət ərizəsində bildirib ki, sentyabrın 8-də evi qarət edilib.

O, şikayətində qeyd edib ki, evindən 60 manat, qızıl və məişət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Əfqan Zeynalov tutulub.

Əfqan Zeynalov əvvəllərdə oğurluq əməlinə görə, məhkumluq həyatı yaşayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər