Bakıda yeznəsini öldürməyə cəhddə təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Bəhram Yaqubov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin noyabrında paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində 1985-ci il təvəllüdlü Elçin Məsimov evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü Bəhram Yaqubovla mübahisə edib.
Onların mübahisəsi dava ilə nəticələnib. Bəhram Yaqubov Elçin Məsimova 7 bıçaq zərbəsi vurub.
Yaralı koma vəziyyətində 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.