Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə Kürdəxanı - Pirşağı şosesində qeydə alınıb. 1989-cu il təvəllüdlü Ramin Əsədov “Saipa” markalı avtomobilin idarə etməsini itirərək maneəyə vurub.
Nəticədə sərnişin, 1988-ci il təvəllüdlü Samir Hüseynov hadisə yerində ölüb, R.Əsədov və digər sərnişin, 1995-ci il təvəllüdlü Murad Mustafayev isə xəstəxanaya yerləşdiriliblər.
Hacı Zeynalov