Ağstafa rayonunda soyğunçuluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Ağstafa rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, rayon sakini Nuru Hacıyevin evinə basqın edilib. Basqın edən şəxs Nuru Hacıyevə qarşı soyğunçuluq edərək onun 276 manatını alaraq hadisə yerindən qaçıb.
Nuru Hacıyev hadisə ilə bağlı rayon Polis Şöbəsinə şikayət edib. Onun şikayəti əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri keçiriblər. Keçirilən əməliyyat nəticəsində soyğunçuluqda təqsirli bilinən rayon sakini Elmin İbrahimov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov