4 Fevral 2020 11:00
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda azyaşlı uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərdə ittiham olunan Cəlilabad rayon sakini Elsəvər Məlikovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə qapalı məhkəmə iclası başlanacaq.

İttihama görə, Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində azyaşlı uşaqlara qarşı seksual xarakterli zorakılıq edən şəxs istintaqa cəlb edilib.

Futbol üzrə qeyri-rəsmi məşqçi işləyən Cəlilabad rayon sakini Elsəvər Məlikovun ötən ilin may-iyul aylarında Sabunçu rayonu ərazisində kirayədə yaşadığı evdə azyaşlı uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi müəyyən olunub.

İstintaq orqanı tərəfindən Elsevər Məlikovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə 3 azyaşlı zərərçəkmiş şəxs qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər