25 Sentyabr 2014 10:43
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən çay evlərinin birində 1988-ci il təvəllüdlü Ülvi Musayev və onun həmyaşıdı Zaur Heydərov bıçaqlanıb. Hər iki yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardın göstərildiyi üçün yaralıların həyatını xilas etmək mümkün olub. Hazırda həkim nəzarəti altında saxlanılan yarlıların vəziyyətinin ağır olduğu bildirilir.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Polis əməkdaşları tərəfindən cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər