Bakının Sabunçu rayonunda silahlı şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1964-cü il təvəlüldlü E.İsmayılov həbs edilib.
Ondan “Makarov” markalı tapança və darağında 6 ədəd patron aşkar olunaraq götürülüb.
E.İsmayılovun əvvəllər də məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.