26 Sentyabr 2014 10:35
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda döyülərək öldürülən kişinin kimliyi müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, sentyabrın 25-də paytaxtın Ağa Nemətulla küçəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Rauf Hacıyev döyülərək və daha sonra boğularaq qətlə yetirilib. Həyata keçirilən tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən, 1993-cü il təvəllüdlü Vadim Mixayloviç tutulub.

Qeyd edək ki, hadisə rayonun Ağa Nemətulla küçəsi 23 saylı binanın qarşısında baş verib. Həmin ünvanında 40-45 yaşlarında kişi meyiti tapılıb. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Meyit müayinə olunan zaman onun boğulduğu məlum olub. Meyitin üzərində şəxsiyyətini təsdiq edən sənəd tapılmayıb. Buna görə də meyitin kimə məxsus olduğu məlum olmayıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, öldürülən daimi yaşayış yeri olmayan şəxs olub. Polisin keçirdiyi əməliyyat nəticəsində baş verən cinayətin üstü açılıb. Müəyyən edilib ki, onu tüfeyli həyat tərzi keçirən Vadim Naumov boğaraq öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər