10 Mart 2020 10:56
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Təranə Niftullayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əli Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 19-na təyin olunub.

İttihama görə, Təranə Niftullayeva üç qadının işə düzəltmək adı ilə Türkiyəyə aparıb, orada həmin şəxslərin ümumvətəndaş pasportunu əlindən alıb.

Daha sonra həmin qadınları Türkiyədə olan dəstənin digər üzvünə verib. Dəstənin digər üzvü həmin qadınları otel və digər yerlərdə zorla kişi müştərilərlə görüşdürüb, maddi gəlir əldə edib.

İstintaq orqanı tərəfindən Təranə Niftullayevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə 3 qadın zərərçəkmiş şəxs qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər