Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vilayət Babayevə məxsus bağ evinin həyətində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş qardaşı tərəfindən gizlədilmiş lüləsi və qundağı kəsilmiş “Toz-B” markalı tüfəng aşkar edilərək götürülüb.
Onun barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham elan edilib.
Faktla bağlı araşdırma aparılıb.