13 Aprel 2020 10:36
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə daha 1503 nəfər cəzalandırılıb.

Baş Dövlət Yol Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, 12.04.2020-ci il saat 00:00-dan 13.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1503 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

01.04.2020-ci il tarixindən bu günədək isə respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16 483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər