30 Sentyabr 2014 16:59
1 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində tələbə qızı oğurlamağa cəhd edən gənc həbs edilib.

Bu barədə Teleqraf.com-a Mingəçevir şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Yevlax şəhər sakini, 1996-cı il təvəllüdlü N. A. oğurlanıb. N. A. valideynləri qızın oğurlanması ilə bağlı polisə şikayət edilib. Şikayət əsasında aparılan araşdırma zamanı məlum olub ki, 18 yaşlı qızı evlənmək məqsədilə 1989-cu il təvəllüdlü Siyasət Məmmədovun qaçırdığı məlum olub.

Polis əməkdaşları tərəfindən Siyasət Məmmədov həbs edilib. Gənc qız isə ailəsinə qaytarılıb. N. A. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının II kurs tələbəsidir.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər