1 May 2020 15:36
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda arvadını öldürən şəxsə ittiham elan edilib.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Prokurorluğu tərəfindən Anar Bəkirovun barəsində Cinayət Məcəlləsinni 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə ittiham elan edilib.

İstintaqa ifadə verən Anar Bəkirov törətdiyi əməli etiraf edib. O, hadisəni qisqanclıq zəminində törətdiyini deyib.

İstintaq orqanı tərəfindən Anar Bəkirovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Abşeron rayon Məhkəməsinə təqdimat göndərilib.

Təqdimat araşdırılması üçün hakim Şövkət Nəcəfovanın icraatına verilib.

Yaxın saatlarda təqdimatla bağlı qapalı məhkəmə başlanacaq.

Qeyd edək ki, aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirov Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovanın bağıazını kəsib.

Leyla Bəkirova aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

Leyla Bəkirovanın 8 aylıq hamilə olduğu məlum olub.

Hazırda iş üzrə zəruriistintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 120.2.8-ci maddəsi ilə mühakimə olunan şəxsi 14 ildən 20 ildək və yaxud ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər