3 Oktyabr 2014 12:48
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq edən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Azadlıq prospektində yerləşən və Eldəniz Əzizovun işlədiyi mağazaya gələn şəxslər onun başını qataraq 1 ədəd DVD pleyr, 1 ədəd noutbuk və iki ədəd telefon üzlüyünü oğurlayıblar.

Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri Kamran Bəkirov, onun həyat yoldaşı Pərvanə Nadirova və qohumu Mirazik Dərviş tutulub.

Hacı Zeynalov


Müəllif: