2 İyun 2020 09:34
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonu ərazisində polis əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin narkotiklə mübarizə bölməsi və 8-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1985-ci il təvəllüdlü Şəhriyar Əliyev tutulub.

Üzərinə baxış keçirilərkən ondan 10 ədəd kibrit qutusunda 15,358 qram və iki ədəd sellofon torbada 6 kq 458 qram marixuana aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov