Şəmkirdə 3 nəfərin ölümündə, 11 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Qüdrət Gülməmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Nural Əliyevin icratına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.
İttihama görə, Şəmkir rayonun Qaracəmilli kəndi ərazisində "Mercedes-Sprinter" markalı sərnişin mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Belə ki, hərkətdə olan mikroavtobus idarəetmədən çıxaraq "VAZ-2107" markalı avtomobillə toqquşub. Zərbənin gücündən mikroabtobus aşaraq deformasiyaya uğrayıb.
"VAZ-2107" markalı avtomobilin sürücüsü, Şəmkir rayon Qaracəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Vidadi Zirəddin oğlu Gülməmmədov, onun anası, 1945-ci il təvəllüdlü Sücayət Seydəli qızı Gülməmmədova və onların nəvəsi, 2016-cı il təvəllüdlü Ayxan Qüdrət oğlu Gülməmmədov hadisə yerində ölüblər.
Samux rayon Seyidlər kənd sakini, 1957-ci il təvəllüdlü Gülsənəm islam qızı Qənbərova, Şəmkir rayon sakini, 2015-ci il təvəllüdlü Gülbahar Qüdrət qızı Gülməmmədova, Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü Səadət Kamandar qızı Nəsibova, Şəmkir rayon sakini, 1964-cü il təvəllüdlü Zinyət Qüdrət Qızı Gülməmmədova, Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Qüdrət Vidadi oğlu Gülməmmədov, Şəmkir rayon sakini Nərgiz Həmzəyeva, Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Dürdanə Süleymanova, Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Rühiyə Raqif qızı Yahyayeva, Şəmkir rayon sakini, 1967-ci il təvəllüdlü İradə Abdulla qızı Məmmədova, Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü Rübabə Mamayeva, Şəmkir rayon sakini, Gülsənəm İslam qızı Qənbərova yaralanıblar.
İstintaq araşdırması zamanı mikrovatobusun sürücüsü Qüdrət Gülməmmədov təqsirli bilinib.