Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxtda əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonunun Bilgəh qəsəbə sakini B.Sadıqov həbs edilib.
Onun evinin həyətindəki istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 391 ədəd çətənə kolu və 740 ədəd çətənə kolunun şitilləri, habelə 18 kiloqramdan artıq qurudulmuş marixuana və 24 kiloqram 155 qram yaş marixuana aşkar edilib.
Bundan başqa, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şüvəlan qəsəbə sakini Ə.Nuriyev həbs edilib. Onun evinin həyətindən 17 ədəd çətənə bitkisi aşkar edilib.