6 İyul 2020 10:50
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında Tərtər rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Gəncə şəhər sakini sakini Hüseyn Nağıyev saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən və əlindəki politelin torbalardan çəkisi 1 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilib.

Faktla bağlı Tərtər rayon polis şöbəsində araşdırmalar davam etdirlir.


Müəllif: Hacı Zeynalov