Sumqayıt şəhərində silahlı şəxsin saxlanılması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, iyulun 5-də Sumqayıt şəhəri 9-cu mikrorayonun ərazisində şəhər sakini V.Abbasov sərxoş halda ov tüfəngi ilə Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində tədbir görülməsi üçün 3-cü polis bölməsinə təhvil verilib.
Ondan 1 ədəd müvafiq sənədləri olan ov tüfəngi, 5 ədəd patron, 1 ədəd bıçaq götürülüb.
Faktla bağlı araşdırma aparılır.