16 İyul 2020 14:08
653

Saatlı rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Qırağlı kəndindəki evlərin birindən 4800 manat pul oğurlanıb.

Saatlı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini S.Bəyalıyev və Lənkəran rayon sakini S.Cəfərov saxlanılıblar.

Hər iki şəxsin əvvəllər məhkum olunduğu üzə çıxıb.


Müəllif: Hacı Zeynalov