Bakının Xəzər rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə A.Əliyev tutulub.
Onun Bakı şəhər sakini A.Ağayevanın 50 manat pulunu dələduzluq yolu ilə deyil soyğunçuluq yolu ilə alması, habelə bir evdən 120 metr elektrik naqili, bir mağazadan isə 60 manat pul, noutbuk, çantalar və qələmlər oğurlaması müəyyən edilib.