Bakının Binəqədi rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, daxil olan əməliyyat məlumatı əsasında Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları rayon ərazisində keçirdikləri əməliyyat zamanı Binəqədi rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 178-ci(dələduzluq) maddəsilə məhkum olunmuş, 1985-c il təvəllüdlü Firuzə Mənsimova saxlanılıb.
Üzərinə baxış keçirilərkən ondan 0,213 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.