13 Oktyabr 2014 10:02
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Gəncə şəhərində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. 2 saylı Gəncə sakini, 53 yaşlı Sevil Abbasova bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta-ağır olaraq qalır.

Araşdırmalar zamanı məlum olub ki, Daşdəmir adlı qonşusu tərəfindən bıçaqlanıb. Məlumata görə, qadının evindən Daşdəmirin yaşadığı evə su damıb. Buna isə Daşdəmir etirazını bildirib. Bu zaman qonşular arasında mübahisə yaranıb. Mübahisə zamanı qanlı olay baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər